Bank Of Baku

Azərbaycanda POS-terminalların sayı 3 dəfə, ATM-lərin sayı isə 6% artıb

Azərbaycanda POS-terminalların sayı 3 dəfə, ATM-lərin sayı isə 6% artıb
# 18 fevral 2013 14:40 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Son bir ildə Azərbaycanda quraşdırılmış POS-terminalların sayı təqribən 3 dəfə artıb. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata əsasən, 2013-cü il yanvarın 1-nə ölkədəki POS-terminalların sayı 36 860 təşkil edib ki, bu da keçən ilin əvvəlinə nisbətən nisbətən 2,8 dəfə çoxdur.

 

POS-terminalların böyük hissəsi – 33 629-u (91,2%-i) Bakıda, 3 231-i (8,8%-i) regionlarda quraşdırılıb. Son bir ildə POS-terminalların sayı paytaxt üzrə 2,77 dəfə, bölgələrdə isə 3,03 dəfə artıb.

 

Ölkə üzrə POS-terminalların 95%-i pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb.

 

AMB-dən həmçinin bildirilib ki, hesabat ilində Azərbaycanda bankomatların sayı 6% artaraq 2 260-a çatıb. Bankomatların 1 263-ü və ya 55,9%-i Bakıda, 997-si və ya 44,1%-i regionlarda yerləşir. Son bir ildə Bakıdakı bankomatların sayı 7,1%, regionlarda isə 4,6% artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR