Azərbaycanda POS-terminallarla aparılan əməliyyatlar iki dəfə artıb

Azərbaycanda POS-terminallarla aparılan əməliyyatlar iki dəfə artıb
# 07 mart 2013 08:10 (UTC +04:00)

Bakı – APA-Economics. Son bir ildə Azərbaycanda POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı və həcmi iki dəfə artıb. «APA-Economics»in məlumatına görə, bu barədə vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Vergilər Nazirliyində qərargah yaradılıb və POS-terminalların obyektlərdə tətbiqi ilə bağlı meyarlar müəyyənləşdirilib.

Müşavir bildirib ki, bu günədək Bakı şəhərində 23 222 vergi ödəyicisinin 27 514 obyektinə 35 483 POS-terminalın tətbiqinə nail olunub. Nəticədə, son bir ildə POS-terminallarda aparılan əməliyyatların həcmi təqribən iki dəfə artıb. İ.Əhmədov bildirib ki, 2011-ci ildə POS-terminallar vasitəsilə 542 421 əməliyyat aparıldığı və dövriyyə 120 mln. manat olduğu halda, 2012-ci ildə POS-terminallarla əməliyyatların sayı 1,532 mln.-a çatıb, bu əməliyyatların dövriyyəsi isə 200 mln. manatı keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR