Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qüvvədə olan kreditlərin 33,2%-i dövlət, 64,1%-i özəl banklar, 2,7%-i isə bank olmayan kredit təşkilatlarının payına düşüb.
Hesabat dövründə qısamüddətli kreditlərin həcmi 3 549,1 mln. manat, uzunmüddətli kreditlərin həcmi 8 493,3 mln. manat, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 761,1 mln. manat təşkil edib. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə qısamüddətli kreditlər 14,7%, uzunmüddətli kreditlər 25,7%, problemli kreditlərin həcmi isə 19,5% artıb.