Bank Of Baku

Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 06 may 2016 09:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda geniş mənada pukütləsinin (M3 aqreqatı) həcmi 2016-cı il aprelin 1-nə 20 635,1 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 127,7 mln. manat və ya 5,78% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda fevral ayı ilə müqayisədə cari ilin mart ayında geniş mənada pul kütləsi 1 036,3 mln. manat və ya 5,3% artıb.

 

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 3 550,1 mln. manat və ya 28,4% azalaraq 2016-cı il aprelin 1-nə 8,943 mlrd. təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR