Bank Of Baku

Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 08 sentyabr 2017 14:57 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il iyulun 1-nə 20 mlrd. 824,4 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 277,5 mln. manat və ya 1,32% azdır.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda iyun ayı ilə müqayisədə 2017-ci ilin iyul ayında geniş mənada pul kütləsi 148,6 mln. manat və ya 0,71% azalıb.

 

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 241,9 mln. manat və ya 12,3% artaraq 2017-ci il avqustun 1-nə 11 338,5 mln. təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR