Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı ilin mart ayının 1-ə 19 mlrd. 598,8 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 516,4 mln. manat və ya 2,57% azdır.
Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayı ilə müqayisədə fevralda geniş mənada pul kütləsi 331,4 mln. manat və ya 1,66% azalıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 4 mlrd. 920,6 mln. manat və ya 36,16% azalaraq martın 1-ə 8 mlrd. 686,4 mln. manat olub, fevralda isə 684,7 mln. manat və ya 8,56% artıb.