Bank Of Baku

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb
# 27 aprel 2018 13:21 (UTC +04:00)

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin yanvar-mart ayları üçün reytinqi açıqlanıb.

 

"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin aprel ayı üçün sayında qeyd olunub ki, 2018-ci ilin I rübündə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Aqrodoctor" MMC, "Baku Steel Company" MMC,"Metalçılar-2" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, “CTS-Agro” MMC, "Sun Food" MMC,  “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC təmsil olunub.

 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, “Qaz ixrac idarəsi”,  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR