Bank Of Baku

Azərbaycanda RSI indeksi kəskin artıb

Azərbaycanda RSI indeksi kəskin artıb
# 23 yanvar 2013 12:00 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2012-ci ilin dekabr ayı üzrə 147,0% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabr ayının indeksindən 54,2 faiz bəndi çoxdur.

 

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Ötən ilin dekabr ayında ümumi pərakəndə dövriyyəsi 2 119,7 mln. manat, noyabrda isə 1 442,1 mln. manat olub.

 

Göründüyü kimi, indeks kəskin artmaqla yanaşı, həm də 100%-dən yüksəkdir ki, bu da aylıq müqayisədə pərakəndə ticarətin artdığını göstərir. Bu artım ilk növbədə ilin sonunda, o cümlədən Yeni İl bayramı ilə bağlı alıcıların kəskin fəallığı ilə əlaqələndirilə bilər. Bu, artıq hər il baş verir və 2013-cü ilin yanvarında azalmanı gözləmək olar. Məsələn, 2011-ci ilin dekabrında pərakəndə ticarətin həcmi aylıq müqayisədə 46% artıb, 2012-ci ilin yanvarında isə 29,2% azalıb.

 

Qeyd edək ki, ümumiyyətlə, 2012 il ərzində pərakəndə ticarətin həcmi illik müqayisədə 9,6% artıb və bu, yanvar-noyabr göstəricisindən 0,2 faiz bəndi çoxdur. Beləliklə, dekabrdakı kəskin artım ümumi dinamikaya çox az təsir göstərib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR