Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 16,5 mlrd. manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, pərakəndə ticarət şəbəkəsində satılmış əmtəələrin və əhaliyə göstərilmiş pullu xidmətlərin ümumi həcminin 94,1%-i özəl bölmənin təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində formalaşıb.
Onların satdığı istehlak mallarının və göstərdikləri xidmətlərin həcmi 9,8% artaraq 15,5 mlrd. manat olub.