Bank Of Baku

Azərbaycanda sığorta agentlərinin “qara siyahı”sı hazırlanacaq

Azərbaycanda sığorta agentlərinin “qara siyahı”sı hazırlanacaq
# 18 dekabr 2014 11:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda sığorta agentlərinin “qara siyahı”sı hazırlanacaq.

 

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

 

O. Bayramov bildirib ki, həm müştərilərə, həm də şirkətlərə problem yaradan, onları aldadan satış təmsilçilərinin reyestri aparılacaq. Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq dövlət qurumları ilə də müzakirələr aparılır. Problemli satıcıların lisenziyasına yenidən baxılacağı da istisna olunmur.

 

ASA sədri əlavə edib ki, problemli sığorta müştərilərinin sığorta tarixçəsinin yaradılması və dələduzlara qarşı da müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur: “Belə hallar sığorta şirkətlərinə zərər vurur. Məsələn, hansısa bir obyekt ancaq yay mövsümündə işləyir, o sığortalanır və şirkətə deyir ki pulu bir qədər sonra ödəyəcəyəm. Yay mövsümü bitdikdən sonra ödənişi verməkdən imtina edir. Növbəti il başqa şirkətdə sığortalanır və yenə eyni proses baş verir”, - deyə Orxan Bayramov qeyd edib.

 

O. Bayramovun fikrincə, bu halların qarşısını almaq üçün müştərilərin qara siyahısı, başqa sözlə ümumi məlumat bazası hazırlanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR