Bank Of Baku

Azərbaycanda subay şəxslərə sosial ipotekalar verilməsi məsələsi nəzərdən keçirilir

Azərbaycanda subay şəxslərə sosial ipotekalar verilməsi məsələsi nəzərdən keçirilir
# 22 dekabr 2014 12:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda subay şəxslərə sosial ipotekalar verilə bilər. Nikahların sayının artması üçün belə şəxslərə ipoteka verilməsi məsələsi qabardılacaq. Qeyri-hökumət təşkilatları qeyd edirlər ki, subay insanlar çox vaxt evləri olmadığı üçün evlənmirlər.

 

APA-Economics”in xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

S. Müslümov digər tərəfdən gənc ailələr üçün sosial ipoteka layihəsinin də olduğunu xatırladıb və deyib ki, gənclər evlənərək də dərhal ipoteka krediti götürə bilərlər.

 

“Bu elə də çətin məsələ deyil. Lakin bu məsələ bir qədər nəzərdən keçirilməlidir. Bəlkə ipotekanın gənc ailələlərə verilməsi subayları evlənməyə təhrik edir ki, ipoteka ala bilsinlər. Və yaxud gənclər ipoteka ilə ev alsalar, nikahların sayı aşağı düşəcək. Odur ki, bunu dəqiq araşdırmaq lazımdır”, - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR