Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 2011-ci ilə nisbətən 0,8% artaraq 5 884,5 manata (7 490,5 ABŞ dolları) çatıb. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.
A.Vəliyevin sözlərinə görə, 2012-də ÜDM-in həcmi 2,2% artaraq 54 mlrd. manat təşkil edib. ÜDM-in 50%-i sənaye sahələrində, 5,2%-i kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 9.2%-i tikinti kompleksində, 8,4%-i ticarət və pullu xidmət sahələrində, 5,5%-i nəqliyyatda, 1,7%-i rabitədə, 13,8%-i digər xidmətlər və sosial sahələrdə yaradılıb, 6,2%-i məhsula və idxala xalis vergilərin payına düşüb.
Hesabat ilində qeyri-neft sektorunda ÜDM istehsalı 9,7% artıb, neft-qaz sektorunda isə 5% azalıb.