Bank Of Baku

Azərbaycanda valyuta sterilizasiyası kəskin azalıb

Azərbaycanda valyuta sterilizasiyası kəskin azalıb
# 15 fevral 2013 14:23 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ildə məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyinə yönəldilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci il üzrə «Pul siyasəti İcmalı»nda deyilir.

 

İcmala əsasən, məzənnə siyasətinin parametrləri tədiyyə balansının vəziyyəti, bank sektorunda maliyyə sabitliyi və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunması hədəfləri nəzərə alınmaqla müəyyənləşdirilib.

 

Ötən il Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib. Ölkənin tədiyyə balansında böyük profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Lakin məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün AMB tərəfindən il ərzində 1,584  mlrd. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Qeyd edək ki, valyuta sterilizasiyasının həcmi 2011-ci ilə nisbətən 2,6 dəfə azalıb.

 

Nəticədə, il ərzində manatın dollara qarşı məzənnəsi mülayim templə, cəmi 0,19% möhkəmlənib. AMB-nin hesablamalarına görə, milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR