Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi kəskin artıb

Azərbaycanda xidmətlər indeksi kəskin artıb
# 24 yanvar 2013 12:48 (UTC +04:00)

 

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Göründüyü kimi, indeks artmaqla yanaşı 100%-dən yuxarı səviyyədir. İndeksin 100%-dən çox olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir.

 

Belə ki, dekabr ayında əhaliyə 719,5 mln. manat həcmində pullu xidmətlər göstərilib, noyabr ayında isə bu həcm 539,7 mln. manat olub. Müqayisə üçün bildirək ki, oktyabrda bu göstərici 548,1 mln. manat təşkil edib. Qeyd edək ki, hər ilin sonunda istehlak, o cümlədən malların alışı və xidmətlərin həcmləri artır.

 

Ümumilikdə, il ərzində 5 828,1 mln. manat dəyərində xidmətlər göstərilib ki, bu da illik müqayisədə 8,0% çoxdur. Qeyd edək ki, əhaliyə göstərilən pullu xidmətlər ÜDM-də 10,8%-lik paya malikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR