Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi kəskin azalıb

Azərbaycanda xidmətlər indeksi kəskin azalıb
# 21 fevral 2013 14:27 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin yanvar ayı üzrə 74,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dekabr ayı ilə müqayisədə 58,8 faiz bəndi azdır.

 

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi ilə hesablanır. Göründüyü kimi, indeks azalma ilə yanaşı 100%-dən aşağı səviyyədir. İndeksin 100%-dən az olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən azalmasından xəbər verir.

 

Belə ki, yanvarda əhaliyə 536,1 mln. manat həcmində pullu xidmətlər göstərilib, dekabr ayında isə bu həcm 719,5 mln. manata enib. Müqayisə üçün bildirək ki, noyabrda bu göstərici 539,7 mln. manata bərabər olub. Qeyd edək ki, hər ilin sonunda istehlak, o cümlədən malların alışı və xidmətlərin göstərilməsi həcmləri artır.

 

Ümumilikdə, yanvarda əhaliyə göstərilən pullu xidmətlərin dəyəri illik müqayisədə 8,4% artıb, xidmətlər ÜDM-də payı isə 12,0%-ə barəbərdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR