Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Vestmark Financial Leasing Investment Company» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 50 manat, sayı 80 ədəd, emissiyanın ümumi həcmi isə 4 min manat təşkil edir.
Sözügedən qiymətli kağızlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra «Vestmark Financial Leasing Investment Company» ASC-nin nizamnamə kapitalı formalaşacaq.