Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Qafqaz İnkişaf Bankı” səhmdarlarının strukturunda dəyişiklik baş verib.
Bu barədə “APA-Economics” bankın saytına istinadən xəbər verir.
Məlumata görə, hal-hazırda bankın bütün səhmləri (100%) fiziki şəxslərə məxsusdur. Bundan əvvəl isə bankın səhmdar strukturunda fiziki şəxslərin payı 99,85%, hüquqi şəxslərin payı 0,15% təşkil edib.
Qeyd edək ki, 2015-ci il aprelin 1-ə “Qafqaz İnkişaf Bankı”nın səhmdar kapitalı 60 mln. manat təşkil edib.