Bank Of Baku

Azərbaycandakı BOKT-ların məcmu aktivləri 30% artıb

Azərbaycandakı BOKT-ların məcmu aktivləri 30% artıb
# 12 may 2015 11:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 713,11 mln. manat olub ki, bu da 2014-cü ilin göstəricisindən 29,39% və ya 161,98 mln. manat çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə hesabat dövründə BOKT-ların məcmu nizamnamə kapitalı 7,18 mln. manat və ya 8,5% artaraq 91,62 mln. manata çatıb.

 

Hesabata nəzər salanda məlum olur ki, BOKT-ların filiallarının sayında da artım var. Belə ki, əgər 2014-cü ilin aprelin 1-nə BOKT-ların 203 filialı var idisə, bu ilin aprel ayının 1-nə filialların sayı 224-ə çatıb.

 

2014-cü ilin 3 ayı ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycanda Kredit  İttifaqlarının nizamnamə kapitalı 25,21% artıb. Başqa sözlə, il ərzində ittifaqların nizamnamə kapitalı 5,61 mln. manat artaraq 27,86 mln. manata çatıb.

 

Hesabat dövründə kredit ittifaqlarının aktivləri 2014-cü ilin eyni dövründəkindən 26,84% və ya 14,79 mln. manat çox olub. Beləliklə, hazırda kredit ittifaqlarının aktivləri 69,89 mln. manat təşkil edir.

 

Hesabatdan aydın olur ki, kredit ittifaqları filial yaratmaqda maraqlı deyil.

 

Beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalına gəlincə, burda da göstəricilər qənaətbəxşdir. Belə ki, 2014-cü ilin I rübü ilə 2015-ci ilin eyni dövrünü müqayisə edəndə məlum olur ki, bu kredit təşkilatlarının nizamnamə kapitalı 7,56 mln. manat, aktivləri 149,44 mln. manat, filiallarının sayı isə 21 ədəd artıb. Başqa sözlə, bu ilin aprel ayının 1-nə humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalı 51,04 mln. manat, aktivləri 613,56 mln. manat, filiallarının sayı isə 212-dir.

 

Hesabat dövründə digər bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalında azalma qeyd alınıb. 2014-cü ilin ilk 3 ayında belə təşkilatların nizamnamə kapitalı 18,71 mln. manat olubsa, bu ilin  eyni dövründə bu göstərici 12,72 mln. manat olub. Son 1 ildə digər bank olmayan kredit təşkilatlarının aktivləri 2,28 mln. manat azalaraq 29,66 mln. manat təşkil edib. Bu müddət ərzində digər bank olmayan kredit təşkilatlarının filiallarının sayında dəyişiklik müşahidə edilməyib. Əvvəl olduğu kimi indi də digər bank olmayan kredit təşkilatlarının 12 filialı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR