Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanda qeyri-bank kredit təşkilatlarının sayı 125-dən 133-dək artıb. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata əsasən, 2012-ci ilin sonuna kredit ittifaqlarının sayı 104, beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatlarının sayı isə 28 olub. Onların filiallarının sayı isə ötən ilin əvvəlindəki 74-dən təxminən 38% artaraq 2013-cü ilin əvvəlinə 102-yə çatıb.
Qeyd edək ki, həmçinin ölkədə «Aqrarkredit» bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Hesabat ilində Azərbaycanda 27 yeni bank filialı (cəmi - 655 filial) və 14 yeni bank şöbəsi açılıb (cəmi – 158 şöbə). Təhlil olunan ilinin sonuna fəaliyyətdə olan bankların sayı 43 olub, o cümlədən 22 bank xarici kapitalın iştirakı ilə yaradılıb.