Bank Of Baku

Azərbaycandan Rusiyaya güclü təsir edən maddənin keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Rusiyaya güclü təsir edən maddənin keçirilməsinin qarşısı alınıb
# 25 noyabr 2016 12:47 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada-keçid xəttində Azərbaycandan Rusiyaya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın ayağındakı corablarından 40 həb “T-Dol-200” 200 mg, 50 həb “Tamol-XX” 200 mg, 30 həb “Timo-Doll” 200 mg və 20 həb “Tee-Dol-200” 200 mg adlı olmaqla, cəmi 140 həb dərman preparatları aşkar olunaraq götürülüb.

 

Qeyd edək ki, adı çəkilən dərman preparatları Azərbaycanın 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR