Bakı. APA-Economics - Musa Əhmədov. Yanvar-noyabr aylarında Azərbaycanın sığorta bazarında ödənişlər üzrə bazarın lideri “Paşa Sığorta” şirkəti olub. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.
Onun sözlərinə görə, ötən dövrdə şirkət 25,2 mln. manat ödəniş həyat keçirib.
Ödənişlərin həcminə görə sonrakı yerləri “Atəşgah Həyat Sığorta” (22,7 mln. manat), “Atəşgah” (13,4 mln. manat), “Azərsığorta” DSKŞ (12 mln. manat), “AXA Mbask” (9,7 mln. manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi ümumi ödənişlərin 57,9%-i qədərdir.
Ən az ödəniş edən şirkətlər isə “Əmrah Sığorta” (442 min manat), “İpək Yolu Sığorta” (332 min manat), “Günay Sığorta” (76 min manat), “Azərqarant” (48 min manat), “Royal Sığorta” (8 314 min manat) və “Çartis Azərbaycan” (4 641 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 910 min manat olub ki, bu da ümumi ödənişlərin 0,6%-ni təşkil edir.
Ümumilikdə 28 sığorta şirkətlərinin 4-də sığorta ödənişlərinin məbləği 10 mln. manatdan artıq, 5 şirkətdə 5-10 mln. manat arasında, 12 şirkətdə 1-5 mln. manat arasında, 7 şirkətdə isə 1 mln. manatdan aşağıdır.
Şirkətlərdən 17-də sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib.