Bank Of Baku

Azərbaycanın bank sektorunun balans kapitalı 2,7 mlrd. manata yaxınlaşır

Azərbaycanın bank sektorunun balans kapitalı 2,7 mlrd. manata yaxınlaşır
# 05 aprel 2017 07:52 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi aktivləri 30 mlrd. 419,2 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 772,7 mln. manat təşkil edib.


Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 646,6 mln. manatdır.

 

Əhalinin əmanətləri 7 mlrd. 84,3 mln. manat həcmindədir.

 

Qeyd edək ki, 31 yanvar 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 32 mlrd. 407,1 mln. manat, cəmi öhdəlikləri 30 mlrd. 347,5 mln. manat təşkil edib. Beləliklə, cari ilin mart ayının 1-ə bank sektorunun aktivləri 6,1%, öhdəlikləri isə 8,5% azalıb.
 

Ay ərzində sektorun balans kapitalı 28,5% artıb. Xatırladaq ki, fevral ayının 1-ə bu göstərici 2 mlrd. 59,6 mln. manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR