Bakı - APA-Economics. "PAŞA Sığorta" ASC-nin rəhbərliyində dəyişiklik baş verib.
"APA-Economics"in əldə etdiyi məlumata görə, şirkətin Təftiş komissiyasının iki üzvü işdən çıxıb. Bunlar Kəmalə Nuriyeva və Fikrət Adıgözəlovdur.
Onları Nərmin İsgəndərova və Rizvan Qubiyev əvəzləyib.
Qeyd edək ki, komissiyasının sədri Vüqar Mustafayevdir.