Bakı. Musa Əhmədov - APA-Economics. "Azərqarant" sığorta şirkətinin İdarə Heyəti üzvlərinin sayı artırılıb.
“APA-Economics”in məlumatına görə, əgər əvvəl şirkətin İdarə Heyətində 3 nəfər təmsil olunurdusa, indi üzvlərin sayı 4-ə çatdırılıb.
Belə ki, Fariz Hacızadə şirkətin İdarə Heyətinin sədr müavini təyin edilib. Bununla da, İdarə Heyəti sədrinin müavinlərinin sayı iki nəfərə çatıb.