Bank Of Baku

Azərbaycanın millət vəkilləri «Təhsil kreditləri haqqında» qanun layihəsinin gündəmdən çıxarılmasına etiraz edirlər

Azərbaycanın millət vəkilləri «Təhsil kreditləri haqqında» qanun layihəsinin gündəmdən çıxarılmasına etiraz edirlər
# 31 yanvar 2013 08:58 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bununla bağlı qanun layihəsinin müəllifləri olan millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli Komitənin bu gün keçirilən iclasında bu sənədin qəbul edilməsinin mühüm əhəmiyyət kəst etdiyini, bəzi hallarda tələbələrin təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəbi tərk etməyə məcbur olduqlarını bildiriblər. V.Əhmədov qanun layihəsinin qəbuluna bəzi bank və qeyri-bank təşkilatlarının mane olduğunu bildirib.

 

Komitənin bankir üzvü Çingiz Əsədullayev isə bankların prinsipcə bu qanun layihəsinə qarşı olmadığını, sadəcə «faizsiz kredit» anlayışının tətbiqini düzgün saymadığını bildirib: «Bu və digər məsələlər həllini taparsa, bu qanunun qəbulunda problem yoxdur».

 

Digər sahibkar millət vəkili Rüfət Quliyev isə bildirib ki,  sənədin qəbulu zamanı ölkənin əmək bazarındakı vəziyyət nəzərə alınmalıdır:  «İndi əmək bazarında elə peşələr var ki, onlar üzrə mütəxəssis tapmaq olmur. Ona görə də təhsil kreditləri verilərsə, bunlar yalnız əmək bazarında böyük ehtiyac olan peşələr üçün ayrılmalıdır». Millət vəkili Ə.Məsimli isə qanun layihəsində bu məsələnin nəzərə alındığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR