Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi kəskin artıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi kəskin artıb
# 25 yanvar 2013 14:07 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2012-ci ilin dekabr ayında 138,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabra nisbətən 33,8 faiz bəndi çoxdur.

 

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

 

Qeyd edək ki, indeksin 100%-dən yüksək olması mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü il yanvarın 1-nə 316,2 mln. manat, 2012-ci il dekabrın 1-nə 228,7 mln. manat, noyabrın 1-nə isə 216,7 mln. manat təşkil edib.

 

Dekabr ayında mal qalıqlarının artması mal təchizatının gücləndirilməsi ilə əlaqədardır. Belə ki, dekabrda noyabr ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsində 1 442,1 mln. manatdan 2 119,7 mln. manata qədər artım baş verib. Beləliklə, mal qalıqlarının artmasında ticarətin zəifləməsi kimi amil müşahidə olunmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR