Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb
# 29 avqust 2013 14:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2013-cü ilin iyul üzrə 101,5% təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında «APA-Economics»in apardığı hesablamalara görə, bu göstərici iyun ayına nisbətən 12,2 faiz bəndi artıb.

 

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

 

Göründüyü kimi, artımla yanaşı indeks 100% həddini keçib. Bu isə mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü il avqustun 1-nə 207,4 mln. manat, iyulun 1-nə 204,3 mln. manat olub.

 

Qeyd edək ki, iyul ayında pərakəndə ticarət dövriyyəsi iyun ayına nisbətən 1 581,0 mln. manatdan 1 583,6 mln. manatadək artıb. Beləliklə, iyul ayında baş verən mal qalıqların artım səbəbi ticarətin zəifləməsi deyil, mal təchizatının güclənməsi ilə bağlı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR