Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində mal ehtiyatları indeksi 2013-cü ilin yanvar ayı üzrə 57,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dekabr ayına nisbətən 80,8 faiz bəndi azdır.
İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.
Qeyd edək ki, indeksin 100%-dən aşağı olması mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü il fevralın 1-nə 181,7 mln. manat, yanvarın 1-nə 316,2 mln. manat, 2012-ci il dekabrın 1-nə 228,7 mln. manat təşkil edib.
Yanvar ayında mal qalıqlarının azalması malların təchizatının zəifləməsi ilə əlaqədardır. Belə ki, yanvar ayında dekabrla müqayisədə pərakəndə ticarət dövriyyəsində 2 119,7 mln. manatdan 1 481,7 mln. manata qədər azalma baş verib. Beləliklə, mal qalıqlarının azalmasında ticarətin güclənməsi kimi amil rol oynamayıb.