Bakı. Nicat Mustafayev – APA-Economics. Fevral ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Unicapital» MMC başçılıq edir.
Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, şirkət müştərilərə ümumi dəyəri 31,791 mln. manatlıq broker xidmətləri göstərib. İkinci yeri müştərilərə ümumilikdə 30,414 mln. manatlıq broker xidmətləri göstərmiş «Chelsea Capital» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 21,980 mln. manatla «BoB Broker» şirkəti qərarlaşıb.
|
Mövqe (fevral, 2013) |
Mövqe (yanvar, 2013) |
Brokerlər |
Əməliyyatların
həcmi ( |
|
1 |
6 |
Unicapital |
31 791 392,80 |
|
2 |
1 |
Chelsea Capital |
30 413 513,38 |
|
3 |
3 |
BoB Broker |
21 980 163,87 |
|
4 |
2 |
Pasha Capital |
10 940 291,38 |
|
5 |
4 |
Brokdil-Az |
5 996 963,27 |
|
6 |
5 |
Texnika Capital Management |
5 709 126,07 |
|
7 |
- |
International Transaction System |
1 041 010,56 |
|
8 |
9 |
Caspian Financial |
999 910,55 |
|
9 |
8 |
ADB-Broker |
162 264,85 |