Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 356 mln. manat sığorta haqqı toplanıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 mln. manat və ya 5,4% çoxdur.
2014-cü ilin ilk 10 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 131,4 mln. manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 32,4 mln. manat və ya 32,8 % çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-oktyabr aylarında 29,3 manat olub.