Bakı. APA-Economics - Musa Əhmədov. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 382,8 mln. manat sığorta haqqı toplanıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 mln. manat və ya 3,8% çoxdur.
2014-cü ilin ilk 11 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 143,5 mln. manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 33 mln. manat və ya 29,9 % çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,5 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-noyabr aylarında 30 manat olub.