Bank Of Baku

Azərbaycanın sığorta bazarının 65%-ə yaxını könüllü formalaşıb

Azərbaycanın sığorta bazarının 65%-ə yaxını könüllü formalaşıb
# 18 dekabr 2014 09:45 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Bu ilin yanvar-noyabr aylarında sığorta haqlarının 64,6%-i və ya 247,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

 

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% və ya 4,4 mln. manat çoxdur.

 

İcbarı sığorta növləri üzrə yığımlar isə 135,5 mln. manat və ya bazarın 35,4%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 7,5% və ya 9,5 mln. manat artıb.

 

2014-cü ilin 11 ayında ümumi ödənişlərin 73,6%-i və ya 105,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 36,9% və ya 28,5 mln. manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 13,7% və ya 4,6 mln. manat artaraq 37,9 mln. manata çatıb.

 

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,7 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-noyabr aylarında bu göstərici 31,8 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötənilki 26,5 manatdan 28 manata qalxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR