«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının 2012-ci il üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.
Müqayisə üçün qeyd edilir ki, orta gəlirli ölkələrin yalnız 20%-də kifayətlilik 11 aydan yuxarıdır. Eyni zamanda, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur.
İcmala əsasən, hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti təxminən 70%-ə yaxındır. Bu göstəriciyə görə Azərbaycan dünyada ilk 15-likdədir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və ya güclü «makroiqtisadi bufer» formalaşdıran amildir. Bunun nəticəsi olaraq ölkənin Xalis Beynəlxalq İnvestisiya Mövqeyi əlverişlidir.
Eyni zamanda, AMB-nin valyuta ehtiyatları hesabat ilində 12% artaraq 11,7 mlrd. dollara çatıb ki, bu da təqribən bir illik mal və xidmət idxalının maliyyələşdirilməsi üçün kifayətdir.