Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2013-cü ilin yanvar-iyun aylarında xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir.
Ümumi nəticədə 2013-cü ilin yanvar-iyun aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 11,3 mlrd. dollar olub. Hesabat dövründə cari əməliyyatlar hesabında 6,4 mlrd. dollar məbləğində profisit yaranıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 4,7 mlrd. dollar məbləğində olan kəsirini tam örtüb.
Tədiyyə balansının əsas göstəriciləri
(mln. dollar)
|
|
Yanvar-iyun 2012-ci il |
Yanvar-iyun 2013-cü il |
|
I.Cari əməliyyatlar hesabının saldosu 8 162,1 6 443,6 Xarici ticarət balansı 12 403,5 10 483,7 Xidmətlər balansı - 1 769,5 - 2 044,6 Gəlirlər balansı - 2 352,0 - 1 997,4 - İnvestisiya gəlirlərinin repatriasiyası - 2 443,7 - 2 033,7 Cari transfertlər balansı - 119,9 6,0
II.Kapitalın və maliyyənin hərəkəti hesabının saldosu - 4 238,0 - 3 278,9 - Azərbaycana cəlb olunmuş investisiyalar 2 496,1 2 966,1 - Xaricə yönəldilmiş investisiyalar - 689,6 - 445,0 - İnvestisiyaların repatriasiyası - 1 562,0 - 1 711,5 Kreditlər və digər investisiyalar - 4 484,5 - 5 024,0
III.Tədiyə balansının ümumi saldosu 3 924,1 2 319,4 |
||
Hesabat dövründə xarici ticarət dövriyyəsi 21,2 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 10,5 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın 137 dövlətlə ticarət əlaqələri olub. Xarici ticarətin 9,8%-i MDB ölkələri, 90,2%-i isə digər xarici dövlətlərin payına düşüb.
Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 15,9 mlrd. dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 7,6% azdır. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,3% olub. Xarici dövlətlərə 14,2 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 0,9 mlrd. dolları neft emalı məhsullarının, 13,3 mlrd. dolları isə xam neft ixracının payına düşüb. İxrac olunmuş xam neftin 12,6 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 0,7 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 81,9 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 625,6 mln. dolları isə ARDNŞ-in payına düşür.
Qeyd edək ki, 2013-cü ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft ixracı 13,4% artaraq 902,8 mln. dollar təşkil edib.
(mln. dollar)
|
İxracın strukturu |
||
|
|
2012-ci ilin 6 ayı |
2013-cü ilin 6 ayı |
|
Yanacaq-xammal məhsulları |
16 527,2 |
15 223,6 |
|
- neft-qaz məhsulları |
16 205,1 |
14 957,3 |
|
-digər xammal |
322,1 |
266,3 |
|
Maşın və avadanlıq |
47,2 |
171,8 |
|
İstehlak malları |
406,2 |
450,0 |
|
Digər mallar |
20,3 |
14,7 |
|
İxrac cəmi |
17 000,9 |
15 860,1 |
Göründüyü kimi, azalma neft-qaz məhsullarının ixracının azalması hesabına baş verib. Belə ki, ümumi ixracın azalması 1 140,8 mln. dollar təşkil etdiyi halda, neft-qaz məhsulları üzrə azalma 1 247,8 mln. dollara bərabər olub.
Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 5,4 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 12,5% çoxdur. İstehlak mallarının idxalının ümumi dəyəri 2 387,2 mln. dollar olub ki, bunun da 619,8 mln. dolları ərzaq məhsullarının payına düşür:
(mln. dollar)
|
İdxalın strukturu |
||
|
|
2012-ci ilin 6 ayı |
2013-cü ilin 6 ayı |
|
İstehlak malları |
2 028,8 |
2 387,2 |
|
- ərzaq məhsulları |
607,1 |
619,6 |
|
- qeyri-ərzaq məhsulları |
1 421,7 |
1 767,6 |
|
İnvestisiya yönümlü mallar |
444,1 |
519,4 |
|
Digər mallar |
2 146,5 |
2 469,7 |
|
İdxal cəmi |
4 619,4 |
5 376,3 |
Göründüyü kimi, istehlak mallarının idxalının artımı əsasən qeyri-ərzaq məhsulları hesabına baş verib. Belə ki, istehlak mallarının idxalının ümumi artımı 756,9 mln. dollar təşkil etdiyi halda, qeyri-ərzaq məhsulları üzrə artım 345,9 mln. dollar, ərzaq məhsulları üzrə isə cəmi 12,5 mln. dollar təşkil edib. Həmçinin, «digər mallar» təsnifatı üzrə 323,2 mln. dollarlıq artımı da qeyd etmək lazımdır.