«APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) 2012-ci ilin yekunlarına dair dərc etdiyi hesabatda bildirilir.
DGK-nin məlumatına əsasən, hesabat ilində idxalın həcmi əvvəlki illə müqayisədə 1,06% azalaraq 9 652 870,18 min dollar, ixrac 10,02% azalaraq 23 907 972,19 min dollar təşkil edib. Nəticədə, 14 255 102,01 min dollarlıq müsbət saldo yaranıb ki, bu da 2011-ci ilə nisbətən 18% azdır.
Ötən il ixrac olunan malların çeşidinin sayı 2 273 ədəd, idxal olunan malların çeşidinin sayı isə 6 421 ədəd olub. Bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 9,2% və 3% çoxdur.