Bank Of Baku

Azərbaycanın xalis maliyyə aktivləri 5,6 mlrd. dollara çatıb

Azərbaycanın xalis maliyyə aktivləri 5,6 mlrd. dollara çatıb
# 13 sentyabr 2013 07:25 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (445,0 mln. dollar), portfel investisiyaları (113,2 mln. dollar) və digər investisiyalar (5 024,0 mln. dollar) hesabına formalaşıb.

 

(mln. dollar)

 

Aktivlər

Öhdəliklər

Birbaşa investisiyalar

445,0

1 254,6

- neft-qaz sektoru

192,2

870,1

- digər sektorlar

252,8

384,5

Portfel investisiyaları

113,2

1 030,2

Digər investisiyalar

5 024,0

18,1

- ticarət kreditləri və avanslar

2 893,1

90,8

- kreditlər və ssudalar

100,6

-523,7

- depozitlər və nağd valyuta

2 030,3

451,0

Neft bonusu

0,0

0,4

CƏMİ

5 582,2

2 303,3

 

Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3,0 mlrd. dollar olub. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,0% təşkil edir. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələri, əsasən «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» layihələri üzrə görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub. 

 

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 100,6 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 523,7 mln. dollar azalıb. Xalis maliyyə öhdəlikləri birbaşa dövlət və dövlət  təminatlı kreditlər hesabına 55,8 mln. dollar, digər müəssisələr və firmalar hesabına 545,2 mln. dollar azaldığı halda, banklar hesabına 77,3 mln. dollar artıb.

 

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 2,0 mlrd. dollar, xalis maliyyə öhdəlikləri isə 451,0 mln. dollar artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR