Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu ÜDM-in 8%-nə çatıb

Azərbaycanın xarici dövlət borcu ÜDM-in 8%-nə çatıb
# 18 oktyabr 2013 09:59 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə ölkə hökumətinin dövlətin borcları və zəmanətlərlə digər öhdəliklərinə dair məlumatında deyilir.

 

Məlumata əsasən, həmin sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 5,5 mlrd. dollar təşkil edib. İmzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ÜDM-in 7,9%-nə bərabərdir, adambaşına düşən xarici dövlət borcu isə 587,3 dollar təşkil edib.

 

Xarici dövlət borcunun 8,3%-i 10 ilə qədər olan müddətdə, 48,7%-i 10 ildən 20 ilə qədər, 43,0%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

 

Qeyd edilir ki, imzalanmış kredit sazişləri üzrə alınan vəsaitlərdən 2013-cü ilin 6 ayı ərzində 442,5 mln. dolları istifadə edilib. Bunun əsas hissəsi investisiya yönümlü layihələr, o cümlədən elektrik stansiyaları, yollar, kanalizasiya sistemlərinin tikintisi, su təchizatı, irriqasiya və drenaj işləri və s. işlərin maliyyələşdirilməsinə yönəldilib.

 

Məlumatda bildirilir ki, ödəniş vaxtı çatmış xarici kreditlərin qaytarılması nəzərdə tutulmuş qaydada və vaxtında həyata keçirilib.

 

Qeyd edək ki, bu ilin iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 2,6 mlrd. manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR