Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 9% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 9% artıb
# 26 fevral 2013 09:19 (UTC +04:00)

 

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 1,76% artıb. Yanvar ayında xarici ölkələrdən Azərbaycana 3 075 adda 627 543,33 min dollarlıq mal idxal edilib, ölkədən xaricə 463 adda 1 922 709,05 min dollarlıq mal ixrac edilib.

 

Keçən ilin yanvarına nisbətən idxal 4,53% azalıb, ixrac 4% artıb. Ölkənin ticarət dövriyyəsində yaranmış müsbət saldo 1 295 165,72 min manat təşkil edib ki, bu da ötən ilin yanvarına nisbətən 8,7% artıqdır.

 

Hesabat ayında Azərbaycanda xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin sayı 1 893 təşkil edib. Xarici ticarətlə məşğul olanların 399-u fiziki, 1 494-ü hüquqi şəxsdir. Hüquqi şəxslərin 93%-i özəl sektoru təmsil edir. Ötən ilə nisbətən xarici ticarət iştirakçılarının sayı 13,2%, bunlardan fiziki şəxslərin sayı 43,6% azalıb, hüquqi şəxslərin sayı isə 1,2% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR