Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 40% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 40% artıb
# 16 yanvar 2013 12:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 154 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin həcmi 39 473,1 mln. ABŞ dolları təşkil edib, onun 8 444,7 mln. dolları idxalın, 31 028,4 mln. dolları isə ixracın payına düşüb. Nəticədə, 22 583,7 mln. dollarlıq müsbət saldo yaranıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 19,1%, o cümlədən ixrac 26% artıb, idxal isə 0,7% azalıb. Müsbət saldo 2011-ci ilin yanvar-noyabr aylarına nisbətən 40% çox olub.

 

Hesabat dövründə qeyri-neft məhsullarının ixracı 1 477,8 mln. dollar dəyərində olub və 2011-ci ilin yanvar-noyabr aylarının səviyyəsini 11,2% üstələyib.

 

Qeyd edək ki, xarici ticarət əməliyyatlarının 82,7%-i İtaliya, ABŞ, Rusiya, Türkiyə, İsrail, Fransa, İndoneziya, Hindistan, Almaniya, Yunanıstan, Çin, Tayvan (Çinin əyaləti), Böyük Britaniya, Gürcüstan, Çexiya, Bolqarıstan, Ukrayna və Malayziya, qalan 17,3%-i isə digər ölkələrlə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR