Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 46% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən il 46% artıb
# 06 fevral 2013 14:38 (UTC +04:00)

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43 813,2 mln. ABŞ dolları təşkil edib, onun 9 652,9 mln. dolları idxalın, 34 160,3 mln. dolları ixracın payına düşüb. Nəticədə, 24 507,4 mln. dollarlıq müsbət saldo yaranıb.

 

Əvvəlki illə müqayisədə xarici ticarət dövriyyəsi 20,6%, o cümlədən ixrac 28,6% artıb, idxal isə 1% azalıb. Müsbət saldo 2011-ci ildəkindən 45,7% çox olub.

 

«Qeyri-neft məhsullarının ixracı 1 673,6 mln. dollar dəyərində olub və 2011-ci ilin səviyyəsini 8,4% üstələyib», - deyə Komitədən bildirilib.

 
Xarici ticarət əməliyyatlarının 64,7%-i İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Hindistan, İndoneziya, Almaniya və İsrail ilə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR