Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi artıb

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi artıb
# 19 avqust 2013 14:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu. APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 045,689 mln. dollar təşkil edib.

 

Azərbaycanın Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu keçən ilin müvafiq dövrünə nisbətən 3,4% çoxdur.

 

O cümlədən, bu ilin 7 ayında ölkənin idxal əməliyyatlarının həcmi 6 181,753 mln. dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,6% çoxdur.

 

Eyni zamanda 7 ay ərzində ixrac əməliyyatların həcmi 13 863,936 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,6% azdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR