Bank Of Baku

Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu artıb

Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu artıb
# 17 noyabr 2014 08:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 26 556 794,81 min ABŞ dolları təşkil edib.

 

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 7,78% azdır.

 

Bu ilin 10 ayı ərzində idxal əməliyyatları 7 361 856,52 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 17,06% azdır.

 

Belə ki, yanvar-oktyabr aylarında ölkənin ixrac əməliyyatları üzrə 19 194 938,29  min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 3,65% azdır.

 

Nəticədə  11 833 081,77 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,14% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR