Bank Of Baku

Azərbaycanla Ukrayna ticarət sahəsində saziş imzalayacaq

Azərbaycanla Ukrayna ticarət sahəsində saziş imzalayacaq
# 14 mart 2017 07:17 (UTC +04:00)

Martın 27-də Kiyevdə keçirilək GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) sammiti çərçivəsində Ukrayna və Azərbaycan arasında ticarət sahəsində saziş imzalanacaq. "APA-Economics" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı bildirib.

 

"Mən martın 27-də Kiyevdə GUAM sammitinin keçirilməsi ilə bağlı təşəbbüs irəli sürmüşəm. Bu tədbirdə Azərbaycanın baş nazirinin müavinini görməkdən şad olarıq. Düşünürəm ki, sammit çərçivəsində biz ticarət sahəsində saziş imzalayacağıq", - deyə baş nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR