Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Rabitəbank"ın İdarə Heyəti sədrinin sabiq müavini Fərhad Hacınski yeni şirkət yaradıb.
"APA-Economics" xəbər verir ki, yeni yaradılan şirkətin adı "H&N Partners"dir. F. Hacınski şirkətin həmtəsisçilərindən biridir.
Sabiq bankir informasiyanı "APA-Economics"ə təsdiqləyib.
O bildirib ki, şirkət konsaltinq xidmətləri göstərəcək.