Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjası (BFB) ilə «İnvestAz» şirkəti arasında likvidlik üzrə market-meyker sazişi imzalanıb. «APA-Economics»in xəbər verdiyi kimi, sazişə əsasən, «İnvestAz» şirkəti Birjanın «Meta Trader 4» platforması əsasında FOREX bazarının alətləri üzrə əqdlərdə likvidlik təminatçısı olacaq.
Müqaviləni
Həmçinin bildirilir ki, «Meta Trader 4» ticarət platforması qabaqcıl texnoloji xüsusiyyətlərə malik olmaqla yanaşı, yerli maliyyə bazarları iştirakçılarının tələblərinə tam olaraq uyğunlaşdırılıb. Platformanın hazırlanması zamanı istifadə olunmuş mütərəqqi texniki həllər məlumatların qorunması və təhlükəsizliyi, sistemin dayanıqlı fəaliyyəti, həmçinin hesablaşmaların ölkə daxilində həyata keçirilməsinə imkan verir.