2017-ci ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,23 dəfə artaraq 6 mlrd. 567 mln. 321 min 538,026 manat təşkil edib.
Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2016-cı ilin avqust ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 6,74 dəfə artaraq 2 mlrd. 361 mln. 403 min 940,55 manat təşkil edib.
Pay və borc alətləri bazarında da ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 25 dəfə artaraq 667,754 mln. manata, borc alətləri bazarı 10 dəfədən çox artaraq 503 mln. 717 min 416,08 manata yüksəlib.
Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olub. Ötən illə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 20% artaraq 3 mlrd. 22 mln. 867 min 793,20 manat olub.