Bank Of Baku

BFB-nin dövriyyəsi ikiqat artıb

BFB-nin dövriyyəsi ikiqat artıb
# 18 dekabr 2017 07:59 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,17 dəfə artaraq 11 mlrd. 634 mln. 759,40 manat təşkil edib.

 

APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2016-cı ilin noyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 7,24 dəfə artaraq 4 mlrd. 967 mln. 035 min 824,79 manat təşkil edib.

 

Pay və borc alətləri bazarında da ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 5,97 dəfə artaraq 703,506 mln. manata, borc alətləri bazarı 2,85 dəfə artaraq 788 mln. 307 min 927,29 manata yüksəlib.

 

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olub. Ötən illə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 24% artaraq 5 mlrd. 158 mln. 287 min 894,70 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR