Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi 3 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 3 dəfə artıb
# 14 may 2018 13:14 (UTC +04:00)

2018-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 7 mlrd. 620 mln. 135 min 957 manat təşkil edib.

 

APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2017-ci ilin dörd ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 7,14 dəfə artaraq 3 mlrd. 603 mln. 523 min 921 manat təşkil edib.

 

Pay və borc alətləri bazarı isə azalıb. Başqa sözlə, son 1 ildə pay bazarı 10,68 dəfə azalaraq 56 mln. 242 mln. 112 manata, borc alətləri bazarı 10,33% azalaraq 206 mln. 194 min 832 manat olub.

 

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Müqayisə olunan dövrdə Törəmə Maliyyə Alətləri Bazarı 2,71 dəfə  artaraq 3 mlrd. 463 mln. 722 min 464 manat olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR