2017-ci ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 6 dəfə artaraq 1 mlrd. 053 mln. 773 min 499,82 manat təşkil edib.
Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ayda dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2016-cı ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 25,86% artaraq 39 mln. 777 min 916 manat təşkil edib.
Bundan fərqli olaraq, pay və borc alətləri bazarında ciddi azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 1687 dəfə artaraq 600,346 mln. manata, borc alətləri bazarı 7,23 dəfə artaraq 41 mln. 166 min 893 manata yüksəlib.
Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olub. Ötən ilin ilk ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 2,72 dəfə artaraq 372,484 mln. manat olub.