Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi artıb

Bakı Fond Birjasının dövriyyəsi artıb
# 25 aprel 2018 12:41 (UTC +04:00)

2018-ci ilin yanvar-mart ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,78 dəfə artaraq  5 mlrd. 582 mln. 378 min 465 manat təşkil edib.

 

 “APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2017-ci ilin üç ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 9,18 dəfə artaraq 2 mlrd. 608 mln. 271 min 537 manat təşkil edib.

 

Pay və borc alətləri bazarı isə azalıb. Başqa sözlə, son 1 ildə pay bazarı 10,71 dəfə azalaraq 56 mln. 98 min 312 manata, borc alətləri bazarı 11,63% azalaraq 146 mln. 197 min 659 manat olub.

 

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Müqayisə olunan dövrdə Törəmə Maliyyə Alətləri Bazarı 2,68 dəfə  artaraq 2 mlrd. 556 mln. 955 min 821 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR